ZAVOD HAQQINDA
“Gilan Seramik” MMC – seramik plitələr zavodunun inşasına 2009-cu ilin sonlarında başlanılmışdır. Bu zavodun inşası yeni, güclü sənayeləşmə prosesinin getdiyi, böyük infrastruktur layihələrin həyata keçirildiyi bir dövrə təsadüf etmişdir. Hacıqabul-Kürdəmir şossesinin 9-cu kilometrində inşa edilmiş istehsal korpusundan və yardımçı sahələrdən ibarət olan zavod İtaliya Respublikasının “Sacmi“ şirkətinin müasir innovativ avadanlıqları ilə təchiz edilmişdir.
FəRQLİLİYİMİZ
Bu şirkətin texnologiyaları əsasında dünyanın 26 ölkəsində 83-dək belə seramik plitələr istehsalı zavodu inşa edilmişdir ki, bunlardan biri də Cənubi Qafqazda yalnız Azərbaycanda inşa edilmişdir. Zavodun istehsal gücü ölkə əhalisinin seramik məhsullara olan tələbatının yetərli hissəsini ödəməyə imkan verir.
“Gilan Seramik” Zavodunun yaradılmasına 40,2 milyon manat investisiya qoyulmuşdur. Avadanlığın alınması və tikintinin həyata keçirilməsi məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan beş milyon manat güzəştli kredit ayrılmışdır. İstehsal avadanlığı italiyalı mütəxəssislər tərəfindən quraşdırılmışdır. Müəssisənin xammala olan illik tələbatının əsas hissəsi isə yerli xammal ehtiyatları hesabına ödənilir. Yalnız bəzi qatqılar Türkiyə və Ukraynadan gətirilir.
MİSSİYAMIZ
Zavodun əldə etdiyi təcrübi nailiyyətlər keramik məhsul istehsal edən bir neçə zavoddan ibarət texnoparkın bünövrəsini təşkil edəcək. Zavodun cənub hissəsində müxtəlif duş kabinələri, vannalar və digər sanitar qovşağı avadanlığı istehsal edən müəssisənin tikintisi nəzərdə tutulmuşdur. Bu layihələrin həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayacaqdır.
SERTİFİKATLAR
Yüksək standartlara uyğun keyfiyyətli məhsullar istehsal edirik.