İstehsalat

“Gilan Seramik“ zavodunda beynəlxalq standartlar səviyyəsində müxtəlif dizayn, rəng və 25x33 sm, 25x40 sm, 20x50 sm ölçülərdə divar, 33x33 sm, 40x40 sm, 45x45 sm ölçülərdə isə yer üzlük plitələri istehsal olunur. Bundan əlavə zavodda müxtəlif ölçü və çeşiddə dekorativ plitələr də istehsal olunur.

Seramik plitələrin istehsalında təqribən 33% gil, 22% kvars qumu, kaolin, kalsit və dolomit kimi digər xammal növlərindən istifadə olunur. Abşeron və Gəncə-Qazax iqtisadi rayonları ərazisində kifayət qədər xammal yataqları olduğundan xammala olan tələbatın çox hissəsini yerli xammal və materiallar hesabına ödəyə biləcəyik. Zavodun daxili imkanları hesabına xammal bazasının yaradılması məqsədilə tərəfimizdən geoloji tədqiqatlar aparılmışdır. Artıq seramik plitələrin istehsalında yerli xammala keçmək üçün aparılan geoloji tədqiqat işləri yekunlaşdırılmış və yaxın zamanlarda zavodda 80% yerli xammal bazasından istifadə edilməyə başlanacaqdır.

Bu gün istehsal etdiyimiz məhsullar keyfiyyətli və geniş çeşidli olduğu üçün xarici markalarla müqayisədə onlara tələbat daha da yüksəkdir. “Gilan Seramik“ MMC artan tələbatı ödəmək və eyni zamanda istehsal olunan məhsulların ixracını həyata keçirmək üçün yaxın gələcəkdə əlavə sərmayə yatıraraq əlavə seramik plitələr korpusu, həmçinin sanitar qovşağı üçün seramik ləvazimatlar istehsalı zavodunun inşasını planlaşdırır.