Sosial məsuliyyət

Yeni müəssisələrin yaradılması əhalinin məşğulluğunun artırılmasında da mühüm əhəmiyyət kəsb edir. Yeni ixtisasa yiyələnmək, keramika istehsalı sahəsində peşəkarlığın artırılması, əmək karyerasının inkişafindan ötrü lazımı şəraitin yaradılması biznesin qurulmasında vacib prinsiplərdir.

Kompaniyanın strategiyasına uyğun olaraq, 2014-2015 illərdə Hacıqabul rayonunda sosial təyinatlı sərmayənin qoyulması nəzərdə tutulur. Davamlı inkişaf konsepsiyasının bütün fəaliyyət sahəsinə sirayət etməsi prosesi isə artıq başlanmışdır və 2015-ci ildə bitəcək. Zavodda çalışanlara 100 və 150 yerlik iki yeməkxana xidmət göstərir. Müəssisənin ərazisində inşa olunmuş dördmərtəbəli 80 yerlik müasir qonaq evində qonaqların və zavodda çalışanların istirahəti üçün hər cür şərait yaradılmışdır.

Zavodun həyətində geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıqlar salınmış, idman meydançası yaradılmışdır. Müəssisənin inzibati bölməsində də işçilər üçün hərtərəfli şərait vardır. Bölmənin konfrans və toplantı zalları müasir səviyyədə qurulmuşdur. Burada müxtəlif tədbirlərin keçirilməsi mümkündür.

“Gilan Seramik“ MMC-də hazırda 3 növbəli iş rejimi tətbiq edilməklə 500 nəfər işlə təmin edilmiş və onların orta aylıq əmək haqqı 400-500 manat təşkil edir. “Gilan Seramik“ MMC böyük məbləğdə sərmayə yatıraraq bu sahə üzrə yerli işçilərin yeni ixtisasa yiyələnməsi, yetişdirilməsi və təkmilləşdirilməsi üçün xarici mütəxəssisləri ölkəmizə dəvət etmişdir. Bundan əlavə “Gilan Seramik“ MMC gələcəkdə seramik istehsalı sahəsində peşəkarlığın artırılması üçün bilik səviyyəsini daha da genişləndirmək məqsədilə bu sahədə təkmilləşmiş yerli işçilərdən seramik plitələr istehsalında öz sözünü demiş ölkələrə göndərməyi planlaşdırır. Seramika bizim üçün təkcə istehsal deyil, bu həm də incəsənət növüdür. İncəsənət əsərinin yaranması xüsusi prosesdir. Onun yaradıcısı estetik qanunları bilməli, bədii vasitəyə əsaslanmalıdır.